Bakıda restoranın paltar dolabından 5 000 dollar oğurlayan şəxs saxlanıldı


  • 12:28

Bakının Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər