- 14 İyun 16:34
Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın bir sıra “Telegram” kanallarında məlumat yayılıb.
Məlumata görə hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.
Daha əvvəl “Ermənistan” blokunun ofisi Köçəryanın üç günlük şəxsi səfər planlaşdırdığı haqda məlumat yaymışdı.