Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması


  • 11:13

Azərbaycanın müasir dövlətçilik tarixində elə qərarlar var ki, onların əhəmiyyəti yalnız qəbuledildiyi dövrün deyil, gələcək nəsillərin də taleyinə təsir göstərir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilənqanunvericilik aktları, o cümlədən məhkəmə-hüquq islahatları məhz belə tarixi qərarlarsırasındadır. Bu islahatlara yalnız yeni qanunların qəbulu və ya yeni məhkəmələrin yaradılmasıkimi yanaşmaq doğru olmazdı. Əslində, söhbət Azərbaycan dövlətinin hüquq fəlsəfəsinindəyişməsindən, insan hüquqlarını prioritet hesab edən yeni idarəetmə modelininformalaşdırılmasından gedirdi.

1993-cü ilə qədər hökm sürən özbaşınalıq, qanunazidd əməllər Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində aradan qaldırıldı, qanunun aliliyi dövlət siyasətinin prioritetinəçevrildi. Məhkəmə hakimi kimi vurğulamalıyam ki, Ulu Öndərin rəhbərliyi ilə reallaşanislahatlar, ilk növbədə, qanunun aliliyinin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinəyönəldi. 1993-cü ildən sonra aparılan islahatların ən böyük hissəsi dövlətlə vətəndaş arasındamünasibətlərin hüquqi əsaslar üzərində qurulmasına nail olunmasıdır. Çünki müstəqilliyin ilk illərində ölkədə qeyri-sabitlik, silahlı qarşıdurmalar, iqtisadi böhran və cinayətkarlığın artmasıhüquqi institutların fəaliyyətini ciddi şəkildə zəiflətmişdi. Belə bir şəraitdə həm dövlətintəhlükəsizliyini qorumaq, həm də insan hüquqlarını təmin etmək olduqca mürəkkəb vəzifə idi.

Azərbaycanda məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsinin siyasi və hüquqibaşlanğıc nöqtəsi 15 İyun - Milli Qurtuluş Günü ilə birbaşa bağlıdır. Həmin gün Azərbaycandövlətçiliyi parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas olmaqla yanaşı, hüquqidövlət quruculuğunun da yeni mərhələsinə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin xalqıntəkidli xahişi ilə hakimiyyətə qayıdışı ölkədə sabitliyin, qanunçuluğun və dövlət idarəçiliyininbərpasını təmin etdi. Məhz bundan sonra məhkəmə hakimiyyətinin müstəqilliyininmöhkəmləndirilməsi, hakim korpusunun formalaşdırılması, müasir qanunvericilik bazasınınyaradılması və insan hüquqlarının etibarlı müdafiə mexanizmlərinin qurulması istiqamətindəardıcıl və məqsədyönlü siyasət həyata keçirildi. Bu gün də məhkəmə hakimiyyətinin inkişafstrategiyasının əsasını həmin dövrdə müəyyən edilmiş prinsiplər – qanunun aliliyi, ədalətmühakiməsinin əlçatanlığı, hakimlərin müstəqilliyi, şəffaflıq və insan hüquqlarının prioritetliyitəşkil edir. Bu baxımdan Milli Qurtuluş Günü yalnız siyasi sabitliyin deyil, həm də müasirAzərbaycan məhkəmə sisteminin formalaşmasına yol açan tarixi dönüş nöqtəsidir.

Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların mahiyyətiməhz bu iki məqsəd arasında tarazlığın yaradılmasından ibarət idi. Bir tərəfdən cinayətkarlığaqarşı mübarizə gücləndirilir, digər tərəfdən isə hüquq-mühafizə orqanlarının fəaliyyəti qanunçərçivəsində tənzimlənirdi. Bu baxımdan 1994-cü il 9 avqust tarixli "Cinayətkarlığa qarşımübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsihaqqında" Fərman hüquqi dövlət quruculuğunun mühüm mərhələsi hesab edilə bilər. Həminsənəd yalnız cinayətkarlığa qarşı sərt tədbirlərin tətbiqini deyil, eyni zamanda, qanunçuluğunmöhkəmləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi.1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müasir dövlətçiliktariximizin ən mühüm hadisələrindən biri oldu. Ulu Öndər Konstitusiya layihəsininhazırlanmasına bilavasitə rəhbərlik etdi, onun müasir beynəlxalq hüquq normalarına vədemokratik prinsiplərə uyğun şəkildə formalaşdırılmasını təmin etdi. Ümumxalq səsverməsi iləqəbul edilən Konstitusiya insan hüquq və azadlıqlarının etibarlı təminatını dövlətin ali məqsədikimi müəyyənləşdirdi. İlk müstəqil Konstitusiyamız hakimiyyət bölgüsü prinsipini təsbit edərəkbu gün beynəlxalq standartlara uyğun fəaliyyət göstərən müstəqil məhkəmə sistemininformalaşmasına zəmin yaratdı.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq ictimaiyyətitərəfindən insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu mütərəqqi qanunlardanbiri kimi qiymətləndirilmiş, "Azərbaycan Konstitusiyası beynəlxalq aləmdə insan hüquqları vəazadlıqları konstitusiyası” kimi səciyyələndirilmişdir. Konstitusiyada insan və vətəndaşhüquqlarına həsr olunmuş geniş müddəaların əks olunması onun humanist mahiyyətini vədemokratik xarakterini nümayiş etdirir.

1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Hüquqi İslahatlar Komissiyası ölkədəhüquqi modernləşmə prosesinə sistemli xarakter verdi. Komissiyanın fəaliyyəti nəticəsindəAzərbaycan qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırıldı, yeni məcəllələr vəfundamental qanunların layihələri hazırlandı. Bu proses ölkədə hüquqi dövlət quruculuğununüstünlüyünün təmin olunmasına xidmət edən müasir normativ hüquqi bazanın formalaşmasınaimkan verdi. Ulu Öndər Heydər Əliyevin hüquq siyasətinin humanist mahiyyətini ən aydınşəkildə nümayiş etdirən qərarlardan biri ölüm cəzasının ləğvi oldu. 1993-cü ildə ölüm hökmününicrasına moratorium qoyulması, 1998-ci il fevralın 10-da isə ölüm cəzasının tamamilə ləğvedilməsi yalnız hüquqi deyil, həm də mənəvi baxımdan mühüm hadisə idi. Bu qərar AzərbaycanıŞərqdə ölüm cəzasını ləğv edən ilk dövlətə çevirdi. Bu addım dövlətin cəzalandırıcıfunksiyasından daha çox insan həyatının toxunulmazlığının və şəxsiyyətinin ali dəyər olduğunuqəbul etməsinin göstəricisi idi.

Ümummilli Lider ölüm cəzasının ləğvini cinayət-hüquq siyasətinin humanistləşdirilməsininməntiqi nəticəsi kimi qiymətləndirərək qeyd edirdi ki, insan ləyaqətinə və insan hüquqlarıideyasına zidd olan bu cəzanın tətbiqi demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbirkimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanın hüquqi dövlət quruculuğu strategiyasında insanhəyatının ali dəyər kimi qəbul edilməsinin ən parlaq təzahürlərindən biri oldu. AzərbaycanRespublikası ölüm cəzasını İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasınaqoşulmasından və Avropa Şurasına daxil olmasından hələ bir neçə il əvvəl ləğv etmişdi. Ölkəmizdə 1998-ci ildə ölüm cəzasının ləğv edilməsinin əsası isə ölüm cəzasının ləğvinəyönəlmiş Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ikinci fakültativ protokolunaqoşulmamız oldu. 1998-ci il fevralın 22-də imzalanmış "İnsan hüquqlarının və azadlıqlarınıntəmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman isə insan hüquqlarının müdafiəsini dövlətsiyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Sonrakı illərdə insan hüquqlarının müdafiəsisahəsində həyata keçirilən tədbirlərin ideoloji və hüquqi təməli məhz həmin sənədlə qoyuldu.

Hüquqi İslahatlar Komissiya tərəfindən hazırlanaraq qəbul edilən "Məhkəmələr və hakimlərhaqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar müstəqil məhkəmə hakimiyyətininformalaşdırılmasında və Konstitusiyanın aliliyinin təmin edilməsində mühüm rol oynadı. Məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar da xüsusiəhəmiyyət daşıyırdı. 1998-ci ildə Məhkəmə-Hüquq Şurasının yaradılması hakim korpusununformalaşdırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm institusionalyenilik oldu. Bu qurumun yaradılması ilə hakimlərin seçilməsi, qiymətləndirilməsi və peşəkarfəaliyyətinin təşkili daha şəffaf mexanizmlər əsasında həyata keçirilməyə başladı.

Azərbaycan tarixində ilk dəfə olaraq 1998-ci ilin iyul ayında Konstitusiya Məhkəməsininyaradılması hüquqi dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri hesab edilməlidir. Çünki Konstitusiya Məhkəməsi dövlət hakimiyyətinin bütün qollarının fəaliyyətininKonstitusiyaya uyğunluğuna nəzarət edən ali hüquqi təminat mexanizmi kimi çıxış etməyəbaşladı. Bu, qanunun aliliyinin təmin edilməsində yeni mərhələnin başlanğıcı idi. Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində atılan addımlar hüquq-mühafizə orqanlarınınfəaliyyətində də keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. 1999-cu ildə qəbul edilmiş"Prokurorluq haqqında" Qanun ölkədə hakimiyyət bölgüsü prinsipinin daha dolğun həyatakeçirilməsinə və hüquqi dövlət institutlarının möhkəmlənməsinə mühüm töhfə verdi. Bu qanunlaprokurorluğun əvvəlki dövrdən miras qalan bir sıra geniş nəzarət səlahiyyətləri yenidən nəzərdənkeçirildi, onun fəaliyyət istiqamətləri müasir hüquq sisteminin tələblərinə uyğunlaşdırıldı vəməhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xidmət edən mühüm hüquqimexanizmlər yaradıldı. Xüsusilə, insan hüquq və azadlıqlarına müdaxilə ehtimalı olan bir sıraprosessual tədbirlərin həyata keçirilməsində məhkəmə nəzarətinin tətbiqi və qərarverməsəlahiyyətinin məhkəmələrə verilməsi hüquqların müdafiəsi sahəsində ciddi təminatformalaşdırdı.

Eyni dövrdə polis və penitensiar xidmət sahələrində aparılan islahatlar da hüquq-mühafizəsisteminin demokratikləşdirilməsi məqsədinə xidmət edirdi. "Polis haqqında" Qanunun qəbuledilməsi ilə polis orqanlarının fəaliyyəti hüquqi çərçivədə daha dəqiq müəyyənləşdirildi, onlarınəsas missiyası vətəndaşların təhlükəsizliyinin qorunması, ictimai asayişin təmin olunması vəhüquq pozuntularına qarşı mübarizə kimi vəzifələr üzərində quruldu. Bununla yanaşı, polis fəaliyyətinə nəzarət mexanizmlərinin yaradılması və vətəndaşların hüquqlarının məhkəməqaydasında müdafiəsi imkanlarının genişləndirilməsi hüququn aliliyinin təmin edilməsinə vəcəmiyyətin dövlət institutlarına etimadının gücləndirilməsinə xidmət edən mühüm islahatlar kimitarixə düşdü.

2000-ci ilin sentyabr ayında üçpilləli məhkəmə sisteminin tətbiqi isə məhkəmə islahatlarınınpraktik nəticəsi oldu. Birinci instansiya, apellyasiya və kassasiya mərhələlərindən ibarət olan busistem vətəndaşların məhkəmə müdafiəsi hüququnun daha etibarlı təmin edilməsinə şəraityaratdı. Bu dəyişiklik məhkəmə səhvlərinin minimuma endirilməsi, məhkəmə qərarlarınınkeyfiyyətinin yüksəldilməsi və ədalət mühakiməsinin əlçatanlığının artırılması demək idi.

Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunması və 2002-ci ildə İnsan Hüquqlarıvə Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulması milli məhkəməsisteminin beynəlxalq hüquqi məkanla inteqrasiyasını sürətləndirdi. Bunun nəticəsində insanhüquqlarının müdafiəsi sahəsində beynəlxalq standartlar milli hüquq sisteminin ayrılmazhissəsinə çevrildi.

Bu gün geriyə nəzər saldıqda aydın görünür ki, Heydər Əliyevin rəhbərliyi altında həyatakeçirilən məhkəmə-hüquq islahatlarının əsas nailiyyəti təkcə yeni məhkəmələrin yaradılması vəya yeni qanunların qəbul olunması deyil, həmçinin əsas nailiyyət hüququn dövlət idarəçiliyininmərkəzinə gətirilməsi, insan hüquqlarının ali dəyər kimi qəbul edilməsi və müasir Azərbaycanhüquq sisteminin təməlinin formalaşdırılması olub.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət quruculuğu siyasəti bu günAzərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davametdirilir. Son illərdə məhkəmə-hüquq sisteminin modernləşdirilməsi, elektron məhkəməxidmətlərinin tətbiqi, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi vəinsan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində mühüm islahatlar həyata keçirilib.

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər, eləcə də 2023-cü ildəQarabağda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazibütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa edilib. Bununla da, AzərbaycanRespublikasının Konstitusiyasının və qanunlarının ölkənin bütün ərazisində tətbiqi təmin olunub, konstitusion hüquq qaydası tam şəkildə bərqərar edilib. Bu tarixi nailiyyətlər nəticəsində əsasqanunumuz olan Konstitusiyanın hüquqi qüvvəsi bütöv Azərbaycanda təmin edilib, dövlətsuverenliyi və konstitusion idarəçilik prinsipləri tam şəkildə reallaşdırılıb.

Bu gün müasir Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqidövlətçilik kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında qanunun aliliyinin, insan hüquqlarının müdafiəsinin və müstəqil məhkəmə hakimiyyətinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl inkişaf yolunu uğurla davam etdirir. Məhz buna görədə həmin dövrdə həyata keçirilən islahatlar Azərbaycan tarixində hüquqi modernləşməninbaşlanğıcı, müstəqil dövlətçiliyin hüquqi sütunlarının qurulması və hüquq dövlətinə keçidinuğurlu Azərbaycan modeli kimi qiymətləndirilə bilər.

Bu gün Milli Qurtuluş Gününün ideyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam suverenliyini bərpa etmiş bütöv Azərbaycanda daha böyük məna kəsbedir. Biz hakimlərin ali vəzifəsi isə bu müstəqilliyi və sabitliyi ədalətli və vicdanlı qərarlarımızlaqorumaqdır.

Nərmin Qoşqarova

İsmayıllı Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər