- 09:17
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib.
E-huquq.az-ın məlumatına görə, kənd ərazisindən axan çayda suyun səviyyəsinin artması nəticəsində çay üzərində olan keçid dağılıb.
Nəticədə kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaranıb.
Hazırda kənddə elektrik enerjisinin verilişində də fasilələrin olduğu qeyd edilir.
Mənbə: Report