Şizofreniya xəstəsini dua yazmaqla müalicə edəcəyi deyib dələduzluq etdi


  • 16:56

Ağdam sakini şizofreniya xəstəliyini dua yazmaqla müalicə edəcəyi barədə yalan vəd verərək vətəndaşın pulunu mənimsəyib.

E-huquq.az xəbər verir ki, hadisə Masallı rayonu Böyük Kolatan kəndində qeydə alınıb. 1997-ci il təvəllüdlü Kamran Pənahov (şərti soyad) şizofreniya xəstəliyindən əziyyət çəkən və tibbi müalicələrdən nəticə əldə etməyən şəxsi qeyri-tibbi üsullarla, yəni dua yazmaqla müalicə edəcəyinə dair yalan vəd verərək xəstənin qardaşından 5000 manat pulu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət işi açılıb.

Masallı Rayon Məhkəməsinin hakimi Zeynal Zeynalovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxs bildirib ki, hadisəni törədərkən dərmaların təsiri aldında olub və bu səbəbdən hadisəni tam olaraq xatırlamır. Dəymiş ziyanı isə zərərçəkmişə ödəyib.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Kamran həqiqətən də dəymiş ziyanı ödəyib. Bu səbəbdən cinayət işinə xitam verilməsinə etirazı yoxdur.

Psixiatrik ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. O, cinayət hadisəsi törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olub.

Məhkəmənin qərarına əsasən, K. Pənahov cinayət məsuliyyətindən azad edilib və onun barəsində cinayət təqibinə xitam verilib.

Humay Eminqızı

Oxşar xəbərlər