- 11:06
Təbii qazın təchizatına gəldikdə, Azərbaycan bu gün təchizatın coğrafiyası baxımından birinci yerdədir.
E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.
“Biz 16 ölkəyə təbii qaz təchiz edirik, bu say günbəgün artır və artmaqda da davam edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.