"Süni intellekt insanların ünsiyyətini və həmrəyliyini gücləndirən bir vasitə olaraq qalmalıdır"


  • 12:11

"Süni intellekt insanların ünsiyyətini və həmrəyliyini gücləndirən bir vasitə, xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynayan bir amil olaraq qalmalıdır".

E-huquq.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Əli Əl-Yami “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, süni intellekt cəmiyyətlərin əsasını təşkil edən və onların inkişafının təməl sütunu olan insani münasibətləri əvəz etməməlidir:

"Qabaqcıl texnologiyaların və süni intellektin tətbiqi məhkəmə və ədliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına, ədalət mühakiməsinə çıxışın asanlaşdırılmasına, prosedurların sürətləndirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş institusional baxışın ayrılmaz hissəsinə çevrilib".

Oxşar xəbərlər