Amina Buayaş: "Bəzən süni intellektdən istifadə insan hüquqları üçün həddindən artıq təhlükəli ola bilər"


  • 12:24

"Bu gün dünyada texnoloji innovasiyalar vətəndaşların informasiyaya çıxış üsullarını, hüquqlarını necə həyata keçirdiklərini, ictimai müzakirələrdə necə iştirak etdiklərini, eləcə də bir-biriləri ilə necə ünsiyyət qurduqlarını və əməkdaşlıq etdiklərini köklü şəkildə dəyişdirir".

E-huquq.az xəbər verir ki, bunu bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasiminə göndərdiyi videomüraciətdə Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaş deyib.

O bildirib ki, bu inkişaflar mühüm imkanlar yaradır və əvvəllər kifayət qədər təmsil olunmayan insanların səsinin eşidilməsinə şərait yaradır:

"İnsan hüquqları süni intellektin inkişafına, təliminə, tətbiqinə və istifadəsinə istiqamət verməlidir. Bu texnologiyanın təqdim etdiyi imkanlar həqiqətən çox böyükdür. Lakin onun yaratdığı risklər və narahatlıqlar da realdır. Bəzi hallarda süni intellektdən istifadə insan hüquqları üçün həddindən artıq təhlükəli ola bilər. Dezinformasiya, reallıqla uydurma arasındakı sərhədləri bulanıqlaşdıran “deepfake” texnologiyaları, nifrət nitqi, qadınlara, miqrantlara və digər həssas qruplara qarşı zorakılıq, ayrı-seçkilik, qeyri-şəffaf alqoritmik qərarvermə mexanizmləri və genişmiqyaslı məxfiliyin pozulmasına səbəb ola bilən sistemlər bu risklər sırasındadır”.

Oxşar xəbərlər