"Süni intellektin yaratdığı çağırışlar milli sərhədlərlə məhdudlaşmır"


  • 12:25

"Süni intellektin yaratdığı çağırışlar milli sərhədlərlə məhdudlaşmır"

E-huquq.az xəbər verir ki, bunu bu sözləri Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasiminə göndərdiyi videomüraciətdə Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) sədri Amina Buayaş deyib.

"Milli insan hüquqları institutları olaraq biz heç vaxt innovasiyalara və texnologiyaya qarşı olmamışıq. Əksinə, bir çoxumuz öz mandat və missiyalarımızı həyata keçirərkən texnologiya və süni intellektdən istifadə sahəsində ön sıralarda yer alırıq. Biz elə innovasiya və texnologiyaların tərəfdarıyıq ki, onlar mövcud bərabərsizlikləri dərinləşdirməsin, insanların fundamental hüquq və azadlıqlarını pozmasın, əksinə, hər kəsə və hər yerdə fayda gətirsin. Rəqəmsal transformasiya və yeni texnologiyaların inkişafı prosesində insan hüquqlarının mərkəzi mövqeyini qoruyub saxlamaq üçün rolumuz həlledicidir. Süni intellektin yaratdığı çağırışlar milli sərhədlərlə məhdudlaşmır. Buna görə də effektiv cavab tədbirləri müxtəlif sektorlar, regionlar və beynəlxalq ictimaiyyət, o cümlədən milli insan hüquqları institutları arasında əməkdaşlığı tələb edir. Bu qabaqcıl texnologiyalar beynəlxalq insan hüquqları hüququna əsaslanan idarəetmə və tənzimləmə çərçivələrinin yaradılmasını zəruri edir" - deyə o əlavə edib.

Oxşar xəbərlər