Zahid Oruc: "Süni intellekt insan zəkasının və qərarvermə qabiliyyətinin də əvəzlənməsi iddiasını ortaya qoyur"


  • 13:30

"Süni intellekt əvvəlki texnoloji inqilablardan fərqli olaraq yalnız fiziki əməyin deyil, insan zəkasının, biliklərinin və qərarvermə qabiliyyətinin də əvəzlənməsi iddiasını ortaya qoyur".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” adlı plenar sessiyada deyib.

"Bu texnologiya artıq həyatımıza daxil olub və gələcəyimizin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu baxımdan əsas sual budur: süni intellekt insana xidmət edəcək, yoxsa insan alqoritmlərlə idarə olunan sistemin sadə bir elementinə çevriləcək?”, - deyə Z.Oruc qeyd edib.

Oxşar xəbərlər