"Azərbaycanın inkişaf prioritetləri sırasında texnoloji suverenlik xüsusi yer tutur" - Deputat


  • 13:34

"Əgər XX əsrdə insanın imzasını saxtalaşdırmaq, şəxsiyyətini oğurlamaq və şəxsi həyatına qanunsuz müdaxilə etmək ağır cinayət hesab olunurdusa, XXI əsrdə artıq insanın təkcə imzasını deyil, üzünü, səsini, davranışlarını, düşüncə tərzini və hətta heç vaxt söyləmədiyi fikirləri rəqəmsal vasitələrlə yaratmaq və milyonlarla insana həqiqət kimi təqdim etmək mümkündür”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” adlı plenar sessiyada deyib.

"Bu baxımdan Azərbaycanın inkişaf prioritetləri sırasında rəqəmsal transformasiya və texnoloji suverenlik xüsusi yer tutur. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müasir texnologiyaların tətbiqinə xüsusi önəm verir, rəqəmsal inkişaf və innovasiya sahəsində mühüm institusional islahatlar həyata keçirilir”, - deyə deputat qeyd edib.

Oxşar xəbərlər