- 14:51
"Təəssüf ki, hibrid informasiya müharibələri də süni intellekt əsaslı alqoritmlər vasitəsilə daha mürəkkəb xarakter almaqdadır".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” adlı plenar sessiyada deyib.
"Bu texnologiyalar dövlətlərə, seçki sistemlərinə və beynəlxalq münasibətlərə təsir göstərmək məqsədilə istifadə olunur. Bir ölkədə hazırlanan dezinformasiya kampaniyası digər ölkədə yayılır, üçüncü bir ölkənin ictimai-siyasi proseslərinə təsir göstərir", - deyə o qeyd edib.