- 14:51
"XXI əsr texnologiya və informasiya əsri kimi xarakterizə olunur. Bu dövrün ən diqqətçəkən yeniliklərindən biri olan süni intellekt isə bəşər tarixində ən sürətlə yayılan texnologiya hesab edilir".
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” adlı plenar sessiyada deyib.
"Bu gün süni intellekt informasiyaya çıxışdan və məlumatların təhlilindən başlayaraq proqnozların hazırlanmasına, məzmunun yaradılması və ötürülməsinə, qərarların qəbuluna dəstək göstərilməsinə və rutin işlərin avtomatlaşdırılmasına qədər həyatın demək olar ki, bütün sahələrində istifadə olunur", - deyə M.Akarca qeyd edib.