- 16:00
"Rəqəmsal inqilab vətəndaşlarla dövlət institutları arasındakı münasibətləri köklü şəkildə dəyişdirib. Süni intellekt də bu prosesin ayrılmaz hissəsidir”.
E-huquq.az xəbər verir ki, bunu Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloş Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” adlı plenar sessiyada deyib.
"Lakin onu fərqləndirən əsas cəhət qərarların qəbulu, ictimai xidmətlər, kommunikasiya, ticarət və hətta ədalət mühakiməsinin həyata keçirilməsi sahələrinə görünməmiş sürət və miqyasda təsir göstərməsidir”, - deyə o qeyd edib.