- 17:01
"Avtomatlaşdırılmış qərar qəbuletmə sistemləri, onlayn platformalar, rəqəmsal kommunikasiya vasitələri və müşahidə texnologiyaları işləmək, ünsiyyət qurmaq, xidmətlərə çıxış əldə etmək, hüquq və azadlıqlarımızdan istifadə etmək, eləcə də dövlət institutları ilə qarşılıqlı əlaqə yaratmaq üsullarımızı dəyişdirir".
E-huquq.az xəbər verir ki, bunu Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” adlı plenar sessiyada deyib.
O bildirib ki, bu inkişaflar mühüm imkanlar yaradır
"Onlar səmərəliliyin artırılmasına, məlumatlara çıxışın genişlənməsinə, innovasiyaların təşviqinə və ictimai xidmətlərin daha da təkmilləşdirilməsinə töhfə verə bilər. Lakin eyni zamanda bu proseslər ciddi hüquqi, etik və insan hüquqları ilə bağlı narahatlıqlar da doğurur”, - deyə Zoran Paşaliç qeyd edib.