- 17:57
"Məktəb psixoloqlarının kvalifikasiyası ilə ciddi məşğul olmaq lazımdır".
E-huquq.az xəbər verir ki, bunu Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, məktəb psixoloqlarının peşə hazırlığı və kvalifikasiyası məsələsinə daha ciddi yanaşılmalıdır.
K.Axundova bildirib ki, hazırkı yanaşma kifayət etmir və psixoloqların xüsusilə çətin vəziyyətdə olan uşaqlarla işləmək bacarıqları gücləndirilməlidir.
O əlavə edib ki, müvafiq icra mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac var.
Humay Eminqızı