"Süni intellektin yaxın gələcəkdə qarşımıza çıxaracağı çağırışları diqqət mərkəzində saxlamalıyıq"


  • 16:40

"Süni intellekt və süni intellektə əsaslanan sistemlər son iyirmi il ərzində sürətlə inkişaf edib. Bununla belə, süni intellektin insan hüquqlarına və fundamental azadlıqlara təsiri ilə bağlı müzakirələr daha yeni tarixə malikdir".

E-huquq.az xəbər verir ki, Bunu Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” adlı plenar sessiyada deyib.

"Bu, açıq şəkildə müzakirə etməli olduğumuz bir mövzudur. Eyni zamanda, süni intellektin yaxın gələcəkdə qarşımıza çıxaracağı çağırışları diqqət mərkəzində saxlamalı, onların mahiyyətini düzgün qiymətləndirməli və mümkün risklərə qarşı hazırlıqlı olmalıyıq”, - deyə o qeyd edib.

Oxşar xəbərlər