Ergin Ergül: "Süni intellekt paylaşılmayan məlumatlardan da nəticə çıxarır"


  • 16:42

"Süni intellekt yalnız paylaşdığımız məlumatları toplamır, həm də paylaşmadığımız məlumatlar barədə ehtimallar yaradır. Məsələn, alış-veriş vərdişlərindən, bəyəndiyimiz paylaşımlardan və ya yerləşmə tarixçəmizdən istifadə edərək insanın sağlamlığı, dini baxışları, siyasi meylləri və ya psixoloji vəziyyəti barədə nəticələr çıxara bilər".

E-huquq.az xəbər verir ki, bunu Ankara Medipol Universitetinin Kommunikasiyafakültəsinin dekanı Ergin Ergül Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” adlı plenar sessiyada deyib.

O bildirib ki, bu səbəbdən məxfilik artıq yalnız məlumatların gizli saxlanılması deyil, həmin məlumatlardan hansı nəticələrin çıxarıla biləcəyi məsələsidir.

"Anonimlik də əvvəlki qədər etibarlı deyil. Müxtəlif mənbələrdən əldə olunan məlumatlar birləşdirilərək şəxsin kimliyi yenidən müəyyən edilə bilər”, - deyə Ergin Ergül qeyd edib".

Oxşar xəbərlər