"Məlumatların qorunması insan ləyaqəti məsələsidir"


  • 16:53

"Məlumatların qorunması sadəcə texniki məsələ deyil, insan ləyaqəti məsələsidir. Şəxsi məlumatların icazəsiz toplanması, satılması və ya sızdırılması insanı müdafiəsiz vəziyyətə salır".

E-huquq.az xəbər verir ki, bunu Ankara Medipol Universitetinin Kommunikasiyafakültəsinin dekanı Ergin Ergül Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” adlı plenar sessiyada deyib.

"Məxfilik hüququ insanın öz məlumatları üzərində nəzarət sahibi olmasını nəzərdə tutur. Bu prinsip "informasiya üzərində öz müqəddəratını təyin etmə hüququ" kimi tanınır. Hər bir şəxs özü ilə bağlı məlumatların nə vaxt, hansı məqsədlə və hansı həcmdə paylaşılacağı barədə qərar vermək imkanına malik olmalıdır. Bu prinsip süni intellekt dövründə daha da əhəmiyyətlidir. Çünki artıq məlumatlar tək-tək deyil, böyük profillər və davranış modelləri şəklində emal olunur”, - deyə Ergin Ergül bildirib.

Oxşar xəbərlər