BMT və insan hüquqları mexanizmləri üzrə ekspert Səbinə Əliyevaya təşəkkür etdi


  • 16:58

"Dövrümüzün ən mühüm və mürəkkəb mövzularından birinə - rəqəmsal məkanda hüquqların qorunmasına, xüsusilə də məlumatların mühafizəsi, şəxsi həyatın toxunulmazlığı və ayrı-seçkiliyə qarşı mübarizə məsələlərinə həsr olunmuş belə əhəmiyyətli tədbiri - Bakı Ombudsman Sammitini təşkil etdiyinə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) təşəkkürümü bildirirəm”.

E-huquq.az xəbər verir ki, bunu BMT və insan hüquqları mexanizmləri üzrə ekspert Afərin Şahidzadə Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən "Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” adlı plenar sessiyada deyib.

"Bu tədbirin əsas diqqət mərkəzində sürətlə dəyişən və inkişaf edən bu sahədə milli insan hüquqları institutlarının rolu dayanır ki, bu da mövzunun aktuallığını daha da artırır", - deyə o qeyd edib.

Oxşar xəbərlər