Məzmuna keç

Afərin Şahidzadə: “İnsan hüquqları ilə bağlı risklərə qarşı ayıq-sayıq olmalıyıq”

"Rəqəmsal məkanda insan hüquqlarının qorunması artıq mövcud olan çoxsaylı insan hüquqları çağırışlarına yeni və mürəkkəb ölçü əlavə edib".

E-huquq.az xəbər verir ki, bunu BMT və insan hüquqları mexanizmləri üzrə ekspert Afərin Şahidzadə Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən "Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə" adlı plenar sessiyada deyib.

"Buna görə də insan hüquqları ilə bağlı risklərə qarşı ayıq-sayıq olmalı və süni intellektin hər kəsin rifahına xidmət edən məsuliyyətli şəkildə istifadəsini təmin edəcək hüquqi və institusional çərçivələr formalaşdırmalıyıq", – deyə o qeyd edib.