İlkan Varol: "Süni intellekt sistemləri yeni risklər və məsuliyyətlər də yaradır"


  • 17:01

"Rəqəmsal texnologiyalar, süni intellekt sistemləri və məlumatlara əsaslanan tətbiqlər həyatımızın ayrılmaz hissəsinə çevrilib".

E-huquq.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Ombudsmanı İlkan Varol Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” adlı plenar sessiyada deyib.

"Bu transformasiya insanlığa böyük imkanlar təqdim etməklə yanaşı, yeni risklər və məsuliyyətlər də yaradır. Məhz buna görə rəqəmsal dövrdə insan hüquqlarının qorunması məsələsi yalnız hüquqi və ya texniki problem deyil, eyni zamanda etik, sosial və qlobal məsuliyyət məsələsinə çevrilib",- deyə İlkan Varol bildirib.

Oxşar xəbərlər