- 18:11
"Rəqəmsal dövrün ən dəyərli resurslarından biri artıq neft və ya təbii sərvətlər deyil, məlumatdır. Bu gün fərdlərin şəxsi məlumatları iqtisadi və sosial həyatın əsas elementlərindən birinə çevrilib".
E-huquq.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Ombudsmanı İlkan Varol Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Rəqəmsal məkanda hüquqların qorunması: məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” adlı plenar sessiyada deyib.
"Ağıllı telefonlarımızdan sosial media hesablarımıza, tibbi qeydlərimizdən onlayn davranış və vərdişlərimizə qədər hər bir rəqəmsal iz böyük məlumat ekosisteminin tərkib hissəsidir. Lakin məlumatların bu miqyasda toplanması və emalı bir sıra mühüm sualları da gündəmə gətirir. Şəxsi məlumatlar kim tərəfindən toplanır? Hansı məqsədlərlə istifadə olunur? Nə qədər müddət saxlanılır? Və ən vacibi, insanlar öz məlumatları üzərində nə dərəcədə nəzarət imkanına malikdirlər?"- deyə o qeyd edib.