- 18:11
"Sosial şəbəkələrdə ən vacib məsələlərdən biri fərdi məlumatların qorunmasıdır. Hazırda bir sıra platformalar istifadəçi məxfiliyinin təmin olunması ilə bağlı çərçivədən kənara çıxır, hədəfli reklam mexanizmlərindən istifadə edir. Bu isə uşaqların zərərli informasiyaya daha asan şəkildə cəlb olunması riskini artırır.
E-huquq.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
"Dünyanın müxtəlif ölkələri bu sahədə fərqli yanaşmalar tətbiq edir. Məsələn, Avstraliya kimi ölkələrin artıq formalaşmış təcrübəsi mövcuddur. Biz də beynəlxalq təcrübəni öyrənərək, real nəticələrə əsaslanan milli yanaşma formalaşdırmağa çalışırıq. Valideyn nəzarətinin gücləndirilməsi ilə kifayət qədər müsbət nəticələr əldə etmək mümkündür" - deyə anzir müavini əlavə edib.
Humay Eminqızı