- 18:11
"Azərbaycan dünyanın bir parçasıdır - həm real, həm də virtual mənada. Dünyada baş verən proseslər ölkəmizə də təsir göstərir. Bu proseslərin içində olmaqla yanaşı, onların düzgün idarə edilməsi də xüsusi əhəmiyyət daşıyır. Süni intellektin həyatımıza sürətlə daxil olması ilə rəqəmsal mühitin təhlükəsizliyi məsələsi daha da aktuallaşıb".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda ictimai dinləmədə deyib.söyləyib.
"Texnologiyaların sürətli inkişafı həyatımıza yeni imkanlarla yanaşı, yeni çətinliklər və təhlükələr də gətirir. Onlayn məkanda uşaqların əlindən tutaraq onlarla birlikdə addımlamalıyıq. Məsələ təkcə uşaqların müdafiəsi ilə məhdudlaşmır. Söhbət bütövlükdə cəmiyyətin və Azərbaycanın insan kapitalının inkişafından gedir. Qarşıda duran çağırışlar qarşısında susmaq olmaz. Azərbaycan da son illərdə bu sahədə fəal fəaliyyət göstərir. Söhbət hansısa platformaların bağlanmasından, məhdudlaşdırılmasından və ya qadağalardan getmir. Qanunvericiliyə son təklif olunan dəyişikliklər sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini, azyaşlılar üzərində valideyn nəzarətinin gücləndirilməsini və yaşla bağlı əldə edilən məlumatların qorunmasını nəzərdə tutur".
Humay Eminqızı