- 18:11
"Bu gün artıq rəqəmsal cəmiyyət formalaşıb. Eyni zamanda gözlərimiz önündə yeni bir mərhələ - süni intellekt cəmiyyəti yaranmaqdadır".
E-huquq.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” adlı plenar sessiyada deyib.
"Bu proseslər insan fəaliyyətinin bütün sahələrinə təsir göstərir və yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradır”, - deyə o qeyd edib.