"Azərbaycan rəqəmsal transformasiya sahəsində mühüm nailiyyətlər əldə etmiş ölkələrdən biridir"


  • 17:36

"Azərbaycan Respublikası rəqəmsal transformasiya sahəsində mühüm nailiyyətlər əldə etmiş ölkələrdən biridir".

E-huquq.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” adlı plenar sessiyada deyib.

"Azərbaycanda rəqəmsallaşma sahəsində qəbul olunan bütün qanunvericilik aktlarının mərkəzində insan hüquqlarının qorunması prinsipi dayanır. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizin hüquqi və rəqəmsal siyasətinin əsas fəlsəfəsini təşkil edir”, - deyə Rasim Əliquliyev bildirib.

Oxşar xəbərlər