- 18:11
"Şübhəsiz ki, süni intellekt insan zəkasının məhsulu olan və bəşər tarixində yeni mərhələ yaradan mühüm texnoloji reallıqdır. O, insanın təbii intellektinin imkanlarını genişləndirən, böyük potensiala malik bir vasitədir".
E-huquq.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” plenar sessiyada deyib.
"Bu texnologiya sürətlə inkişaf edir, getdikcə daha mürəkkəb funksiyalar yerinə yetirir və qlobal inkişafın strateji amillərindən birinə çevrilir. Bəzi ekspertlər hətta onun gələcəkdə bəşəriyyət üçün nüvə texnologiyaları qədər, hətta onlardan daha böyük təsir gücünə malik ola biləcəyini qeyd edirlər. Məhz buna görə də süni intellektə yalnız texnoloji nailiyyət kimi deyil, həm də sosial, etik və hüquqi nəticələr doğuran mühüm bir fenomen kimi yanaşmaq vacibdir", - deyə o əlavə edib.