- 18:11
"Bu gün süni intellekt artıq gələcəyin konsepsiyası deyil. O, artıq dövlət xidmətlərinin göstərilməsi prosesinə, biznes qurumlarının müştərilərlə qarşılıqlı münasibətlərinə və vətəndaşların informasiyaya çıxış imkanlarına əhəmiyyətli təsir göstərir".
E-huquq.az xəbər verir ki, bunu Keniyanın İnzibati Ədliyyə Komissiyasının sədri Çarlez Dulo Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” plenar sessiyada deyib.
"Süni intellekt, rəqəmsal idarəetmə və informasiyaya çıxış məsələləri bizim fəaliyyət istiqamətlərimizlə birbaşa bağlıdır və gündəlik işimizin mühüm hissəsini təşkil edir. Süni intellekt dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün mühüm imkanlar yaradır", - deyə o qeyd edib.