"Bu gün süni intellekt dünya iqtisadiyyatının inkişafını müəyyən edən əsas amillərdən biridir"


  • 17:54

"Bu gün süni intellekt dövlətlərin və dünya iqtisadiyyatının inkişafını müəyyən edən əsas amillərdən biridir. Ekspertlərin qiymətləndirmələrinə görə, yaxın dörd il ərzində onun qlobal iqtisadiyyata töhfəsi 15 trilyon ABŞ dollarını ötə bilər”.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” plenar sessiyada deyib.

"Bu texnologiya elm, tibb və təhsil sahələrində yeni imkanlar açır. O, əvvəllər illərlə araşdırma tələb edən məsələlərin daha sürətli həllinə, xəstəliklərin daha dəqiq diaqnostikasına, yeni dərmanların hazırlanmasına, insanlara göstərilən yardımın daha ünvanlı və vaxtında çatdırılmasına şərait yaradır”, - deyə Yana Lantratova bildirib".

Oxşar xəbərlər