- 18:11
"Süni intellektdən istifadə edilməklə həyata keçirilən kiberdələduzluq formaları, eləcə də şəxsi məlumatların qanunsuz toplanması və yayılması bu gün qarşıda duran ən ciddi çağırışlar sırasındadır".
E-huquq.az xəbər verir ki, bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” adlı plenar sessiyada deyib.
"Təkcə Rusiyada 2025-ci ildə 63 mindən çox kibercinayət faktı qeydə alınıb. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Hindistanda, Cənub-Şərqi Asiya dövlətlərində və MDB məkanında da vətəndaşların kiberdələduzluq nəticəsində üzləşdiyi itkilər milyardlarla dollarla ölçülür”, - deyə o bildirib.