- 18:11
"Süni intellekt artıq dövlətlərin ictimai xidmətləri necə təqdim etdiyinə, biznes qurumlarının qərar qəbul etmə proseslərinə və vətəndaşların informasiya və imkanlara çıxışına əhəmiyyətli təsir göstərir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiyaşöbəsinin müdiri Rəşad Xalıqov Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” adlı plenar sessiyada deyib.
"Bu baxımdan, "Süni intellekti tətbiq etməliyikmi?" sualı artıq aktual deyil. Çünki süni intellekt artıq həyatımızın bir hissəsinə çevrilib. Əsl məsələ ondan ibarətdir ki, biz süni intellektin insan hüquqlarına, demokratik dəyərlərə, ictimai etimada, etik prinsiplərə və hüquqi normalara uyğun şəkildə inkişafını necə təmin edə bilərik”, - deyə o qeyd edib.