Rəşad Xalıqov: "Süni intellektin inkişafı insan yönümlü olmalıdır"


  • 18:07

"Bu gün beynəlxalq təşkilatlar, hökumətlər və bütövlükdə qlobal ictimaiyyət arasında ümumi yanaşma formalaşıb: süni intellektin inkişafı qaçılmazdır, lakin bu inkişaf məsuliyyətli və insan yönümlü olmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin müdiri Rəşad Xalıqov Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” adlı plenar sessiyada deyib.

"Azərbaycan da bu baxışı bölüşür. Ölkəmizdə süni intellekt sahəsində inkişafın təşviqi istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə yaxın zamanda milli süni intellekt strategiyası qəbul edilib. Strategiyanın başlıca məqsədlərindən biri ölkədə süni intellektin effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır. Hazırda ölkəmizdə etik süni intellekt prinsiplərini dəstəkləyən hüquqi və tənzimləyici çərçivənin yaradılması üzərində iş aparılır. Eyni zamanda, süni intellekt sistemlərinin tətbiqində beynəlxalq standartların nəzərə alınması, şəxsi məlumatlarla bağlı risklərin müəyyənləşdirilməsi və minimuma endirilməsi məqsədilə müvafiq hüquqi mexanizmlərin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bütün bu addımlar süni intellekt texnologiyalarının ölkəmizdə təhlükəsiz, şəffaf və insan hüquqlarına hörmət prinsipləri əsasında inkişafına xidmət edir", - deyə o qeyd edib.

Oxşar xəbərlər