- 12:32
“2025-ci ilin dövlət büdcəsinin icrası təsdiq edir ki, ötən il fiskal diversifikasiya meyilləri daha da sürətlənib”.
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında səsləndirib.
O bildirib ki, qeyri neft-qaz sektorunun dövlət büdcəsinə töhfəsi 20 milyard 356 milyon manat olub: “Bu büdcə gəlirlərinin 52 faizi deməkdir. Göründüyü kimi, fiskal gəlirlərimizdə qeyri neft-qaz sektoru enerji sektoruna nibsətən daha çox paya malikdir. Bu kontesktdən, gəlirlər maddəsi üzrə diqqəti çəkən vacib məqamlardan biri qeyri neft-qaz sektorunun fiskal gəlirlərimizdə payındakı artımlardır. 2025-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 16 milyard 335 milyon manat daxil olub ki, onun da 73.4 faizi qeyri neft-qaz sektorunun payına düşüb. Bu qeyri neft-qaz sektorundan 12 milyard manatdan çox daxil olma deməkdir”.
Şəbnəm Mehdizadə