- 13:13
Qanunvericilikdə mediaya dair məsələlərə daha ciddi yanaşılmalıdır.
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
Deputat bildirib ki, Azərbaycan dövləti media sahəsinə hər zaman xüsusi diqqət göstərib.
Onun sözlərinə görə, ölkədə medianın fəaliyyətində müsbət məqamlarla yanaşı, narahatedici tendensiyalar da müşahidə olunur: "Azərbaycanın mövqeyini qəbul etməyən dövlətlərin agentləri lazımsız məlumatlar patlaşır".
S.Novruzov bu kimi hallara qarşı qanunvericilik səviyyəsində daha ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: "Bu insanalara qarşı mübarizəmiz ciddi olmalıdır".
Şəbnəm Mehdizadə