- 17:03
Hüquq və İnsan Haqları İnstitutu tərəfindən 2025-ci ildə “Hüquq Terminləri Lüğəti” hazırlanaraq ictimaiyyətin istifadəsinə təqdim edilmişdir. Bu resurs istifadəçilərə hüququn müxtəlif sahələrinə aid terminlərlə tanış olmaq imkanı yaradır. Lüğətdə 3700-dən çox hüquq termininin izahı verilmişdir.
E-huquq.az xəbər verir ki, istifadəçilərin rahatlığını təmin etmək məqsədilə terminlər əlifba sırası ilə yerləşdirilmişdir. Müvafiq hərfə keçid etməklə həmin hərflə başlayan terminlər və onların izahları ilə asanlıqla tanış olmaq mümkündür.
2026-cı ildə isə İnstitut tərəfindən “Terminlər lüğəti (hüquqla kəsişən sahələr). Bakı–2026” adlı yeni vəsait hazırlanmışdır. Bu lüğətdə 2700-dən çox termin yer almışdır.
Beləliklə, hər iki lüğətin inteqrasiyası nəticəsində təxminən 6500 hüquq termininin izahını özündə birləşdirən vahid məlumat bazası yaradılmış və e-huquqshunas.az platformasında istifadəyə verilmişdir.
Bu keçid vasitəsilə məlumat bazası ilə tanış olmaq mümkündür.