- 21:57
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası çərçivəsində Astanaya səfər edən Azərbaycan nümayəndə heyəti ölkənin Qazaxıstandakı səfirliyini ziyarət edib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik edib.