- 12:58
Litva universitetlərinin məzunları ilə görüş keçirilib.
E-huquq.az xəbər verir ki, Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə dövlət və özəl sektorlarda çalışan Litvanın ali məktəblərinin məzunları iştirak edib.
Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus qeyd edib ki, ölkələrimiz geniş tarixi əlaqələrə malikdir və bu gün strateji müttəfiqlərdir. Litvanın ali məktəblərinin təhsil sahəsində uğurları barədə statistik təhlillər verməklə çıxış etdi və digər sahələrdə olduğu kimi təhsil istiqamətində əməkdaşlığın artırılmasının vacibliyinin qeyd etdi. Görüşün keçirilməsində əsas məqsədin bu münasibətləri qorumaq, məzunlar arasında əlaqələri daha da gücləndirmək və yeni əməkdaşlıq imkanları yaradılması olduğunu bildirildi.
Xarici İşlər Nazirliyinin Təşkilat – Nəzarət İdarəsinin rəisi Həsən Məmmədzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xaricdə təhsilə verdiyi dəstək sayəsində çoxsaylı azərbaycanlı gənclər digər dünya ölkələri kimi, Litvanın nüfuzlu universitetlərində təhsil almaq imkanlarından yararlanıblar. 2012-2017-ci illərdə Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri işlədiyi dövrdə səfirliyin təşəbbüs və dəstəyi ilə tələbələr arasında həmrəyliyin möhkəmləndirilməsi, onların ictimai və mədəni fəaliyyətə cəlb olunması istiqamətində mühüm addımlar olduğunu qeyd edib. Həmin dövrdə Litva Azərbaycanlı Gənclər Təşkilatının yaradılması və təşkilatın üzvlərinin müxtəlif layihələrdə və təşəbbüslərdə ölkəmizi uğurla təmsil olunduğunu bildirdi.
Milli Məclisin Azərbaycan – Litva Parlamentlərarası İşçi Qrupunun rəhbəri Nəsib Məhəməliyev, həmin qrupun üzvü Kamran Bayramov, Azərbaycan Baltik Məzunları Şəbəkəsinin təsisçisi Xıdır Kazımov və çıxış edən məzunlar təşkil olunan görüşün əhəmiyyətini, mövcud əlaqələri gücləndirməklə əməkdaşlıq şəbəkəsinin genişlənməsinin vacibliyini qeyd etdilər.
Tədbir “Vətən” muğam qrupunun ifaları ilə davam etdirilib.