- 19:18
“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları” təsdiqlənib.
E-huquq.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Turizm mərkəzlərindəyerləşən torpaq sahələrindəinvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün təsdiq edilmiş təkliflərin qiymətləndirilməsi qaydasına əsasən ən yaxşı və səmərəli təklif vermiş şəxsin müəyyən olunması və həmin şəxslə torpaq sahəsinin icarə müqaviləsinin müqaviləsi)bağlanılması məqsədilə müsabiqətəşkil olunmalıdır. Müsabiqəeyni zamanda bir və ya bir neçə torpaq sahəsi ilə bağlı təşkil oluna bilər. Müsabiqənin təşkil olunması barədə qərarın qəbul edilməsi ilə başlayan və müsabiqənin qalibinin elan edilməsi ilə başa çatan müsabiqə prosesi 90 (doxsan) iş günündən artıq davam etməməlidir. Müsabiqəni təşkil edən qurum qismində Dövlət Turizm Agentliyinin tabeliyində “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxs çıxış edir. Müsabiqəyə çıxarılan torpaq sahəsinin illik icarə haqqının start məbləği “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarına uyğun olaraq idarəedici təşkilat tərəfindən müəyyən edilir və səlahiyyətli orqan ilə razılaşdırılır.
Müsabiqə prosedurlarının həyata keçirilməsi və iştirakçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi üçün idarəedici təşkilatın qərarı ilə Zonanın daxilində yerləşən hər bir turizm mərkəzi üçün fəaliyyət göstərən müsabiqə komissiyası yaradılır. İştirakçıların verdikləri təkliflərin keyfiyyətinə ciddi yanaşmaların təmin edilməsi məqsədilə Komissiya tərəfindən iştirakçılar üçün iştirak haqqı hər bir turizm mərkəzinin xüsusiyyətlərindən (ərazisindən, ixtisaslaşma istiqamətindən və s.) asılı olaraq Müsabiqə predmetinin illik icarə haqqının start məbləğinin 0,1%-0,5%-i (0,5% daxil olmaqla) həcmində müəyyən edilir.
Müsabiqə nəticəsində icarəyə verilmiş torpaq sahəsinin ilkin hüquqi və faktiki vəziyyətinin bərpası və ya dəqiqləşdirilməsi məqsədiləturizm mərkəzinin Baş inkişaf planı nəzərə alınmaqla və digər rezidentlərin hüquqlarına xələl gətirilməmək şərtilə Müsabiqə keçirilmədən torpaq sahəsinin sərhədlərindəki və ya sahə göstəricilərindəki uyğunsuzluqlar yalnız aşağıdakı hallarda aradan qaldırılır:
- dəqiqləşdirilmiş yerquruluşu planına əsasən torpaq sahəsinin miqyasla əlaqədar yaranan fərqləri aradan qaldırıldıqda;
- güclü yağış, sel, külək və digər fors-major halları nəticəsində torpaq sərhədlərində yaranmış dəyişikliklərin dövlət kadastr məlumatlarında dəqiqləşdirilməsini təmin etmək məqsədilə müqavilədə nəzərdə tutulan ərazinin kiçilməsi və ya konturlarının dəyişməsi hallarında.