Abil Bayramov: "Hüquq düşüncəsi uşaqlıq dövründə formalaşır"


  • 12:46

"Fərdin şəxsiyyəti, dəyərlər sistemi və hüquqa münasibəti məhz uşaqlıq və yeniyetməlik dövründə formalaşır".

E-huquq.az xəbər verir ki, bunu "Uşaqlar və Hüquq" kitabının müəllifi, Vəkillar Kollegiyasının üzvü Abil Bayramov kitabın təqdimat mərasimində deyib.

A.Bayramov bildirib ki, kitabın hazırlanmasında əsas məqsəd uşaqlarda hüquq düşüncəsi və hüquq mədəniyyətinin əsaslarını formalaşdırmaqdır.

O qeyd edib ki, öz hüquqlarını bilən, onlara hörmət edən və hüquq normalarına riayət edən uşaqlar gələcəyin dövlət qurucuları kimi mühüm rol oynayırlar.

"Hüquq düşüncəsi vətəndaş cəmiyyətinin inkişafında, cəmiyyətin sabitliyinin təmin olunmasında, eləcə də demokratik dəyər və prinsiplərin möhkəmləndirilməsində əsas şərtlərdən biridir", - deyə müəllif əlavə edib.

Humay Eminqızı

Oxşar xəbərlər