- 13:39
"Bizim məqsədimiz uşaqlara təkcə hüququ öyrətmək deyil, eyni zamanda hüququ hiss etdirməkdir".
E-huquq.az xəbər verir ki, bunu "Uşaqlar və Hüquq" kitabının müəllifi, Vəkillər Kollegiyasının üzvü Abil Bayramov kitabın təqdimat mərasimində deyib.
"Vəsaiti hazırlayarkən uşaqlara həm də ədalət, empatiya, hörmət, məsuliyyət, birgə yaşayış mədəniyyəti kimi bir çox dəyərləri aşılamağa çalışmışıq. Kitabda məqsədimiz heç də bütün hüquqları əhatə etmək olmayıb. Məqsədimiz uşaqların gündəlik həyatda daha çox rast gəldikləri hüquqlar barədə onlara bilgi verməkdir", - deyə o qeyd edib.
Humay Eminqızı