"Ucqar bölgələrdə qadın və uşaq hüquqları ilə bağlı layihələrin artırılmasına ehtiyac var" - Aygün Əliyeva


  • 13:11

"Ucqar bölgələrdə ailə-məişət, qadın və uşaq hüquqları ilə əlaqədar layihələrin və tədbirlərin artırılmasına ehtiyac var".

E-huquq.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva "Uşaq və Hüquq" adlı kitabın təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, qrant layihələrinin təqdimatı zamanı da diqqət daha çox regionlarda tədbirlərin icrasına yönəldilməlidir.

"QHT-lərdən xahiş edirəm ki, regionlara olan diqqəti daha da artırsınlar. Bu yanaşma yalnız qrant layihələri çərçivəsində deyil, ümumilikdə gündəlik fəaliyyətlərdə də öz əksini tapmalıdır", - deyə A. Əliyeva vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər