- 14:57
"Bəzi hallarda müəllimə etiraz etmək düzgün hesab oluna bilər və bu, əsasən etik davranış qaydaları, düzgün dinləmə bacarığı və özünü ifadə etmə mədəniyyəti ilə bağlıdır".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Məryəm Məcidova "Uşaq və Hüquq" adlı kitabın təqdimatı zamanı deyib.
M.Məcidova vurğulayıb ki, bu yanaşmada mənfi hal görmür və bunun uşağın gələcək şəxsi və peşəkar həyatında öz sərhədlərini qoruma bacarığının formalaşması baxımından vacib olduğunu qeyd edib.
"Bəzən müəllim, bəzən valideyn də səhv edə bilər. Ona görə də hər zaman sorğulamaq lazımdır. Bu kitab da məhz bunu təşviq edir - hər birimiz insanıq, valideyn kimi də, müəllim kimi də önyarğılı ola bilərik. Bu ön yarğıların qarşısını almaq üçün kitabda çox gözəl perspentiv, analitik suallar var. Kitabda qarşılıqlı dinləmə, anlayış və insan hüquqları əsaslı danışıq təbliğ olunur", - deyə o qeyd edib.
Humay Eminqızı