- 11:02
Bu gün "Azərikard" MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.
Bu barədə e-huquq.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
"Əhalinin diqqətinə çatdırılır ki, AMB-nin ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.
Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb", - açıqlamada deyilir.
Bildirilir ki, bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur
***
15:21
Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən kart əməliyyatlarında texniki nasazlıq yarandığı barədə açıqlama verilib.
E-huquq.az xəbər verir ki, bu barədə bankın mobil tətbiqi vasitəsilə istifadəçilərə göndərilən bildirişdə qeyd olunub.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq", - deyə bildirilib.
Bank baş verən vəziyyətlə əlaqədar müştərilərdən anlayış göstərmələrini xahiş edib və problemin qısa zamanda həll ediləcəyini vurğulayıb.