Mərdəkanda dənizdə batanlardan sonuncu şəxsin meyiti tapıldı


  • 09:55

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.

Xatırladaq ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.

Oxşar xəbərlər