Bakı–Naxçıvan təyyarə reysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edildi


  • 14:16

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Oxşar xəbərlər