- 11:20
İyunun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi planlaşdırılan qabiliyyət imtahanı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata görə, idman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə açıq havada təşkil olunmalı olan ümumi fiziki hazırlıq imtahanı qeyri-sabit hava fonuna görə təxirə salınıb.
Bildirilib ki, sözügedən imtahan iyulun 7-də Azərbaycan İdman Akademiyasında keçiriləcək.