Sabah bəzi yerlərdə qaz olmayacaq


  • 14:44

Sabah Masallı və Astara rayonlarının bəzi kəndlərində təbii qazın verilişi dayandırılacaq.

Bu barədə e-huquq.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Hişkədərə kəndinin, Astara rayonunun Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər