- 22:27
Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib.
E-huquq.az xəbər verir ki, bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
Nazir qeyd edib ki, bu, süni intellekt əsaslı həllərin istifadəyə verilməsi çərçivəsindədir və bu da, əsasən, notariat sahəsindədir:
"Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə vermişik ki, vətəndaşlar notariuslara alqı-satqı məqsədilə gedəndə öncədən əmlakın dəyərini müəyyən edə bilsinlər".