AzGranata MMC xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir


  • 1 Avqust 2020 12:51

Qurban bayramı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzidir.

Bu mübarək gündə müsəlmanlar Allaha yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Vətənimizdə də böyük təntənə ilə keçirilən Qurban bayramı cəmiyyətimizdə bərabərlik, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

AzGranata MMC Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir və bu günlərdə etdiyiniz duaların kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunması arzu edir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Oxşar xəbərlər